\
23 Sentyabr 2024 - Bazar ertəsi

DİN-in hərbi qulluqçusu minaya düşdü

DİN-in hərbi qulluqçusu minaya düşdü
1398baxış

Daxili İşlər Nazirliyinin hərbi qulluqçusu minaya düşüb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, nazirliyin bir hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb və partlayış nəticəsində xəsarət alıb. 

Xəsarət almış hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.