\
23 Sentyabr 2024 - Bazar ertəsi

Donetskdə dəmiryol vağzalına mərmi düşüb

Donetskdə dəmiryol vağzalına mərmi düşüb
1420baxış

Ukraynanın Donetsk şəhərindəki dəmiryol vağzalında güclü yanğın baş verib.

APA xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

“İlk yanğınsöndürmə briqadası hadisə yerinə gələndə yanğının mənbəyinin ikinci mərtəbədə olması məlum olub. Yanğına səbəb partlayış olub” – qeyd olunub.

Hadisədən dərhal sonra “DXR”-in administrasiya rəhbəri Aleksey Kulevzin bildirib ki, dəmiryol vağzalına “HİMARS” zenit raket kompleksinin mərmisi düşüb.