\
23 Sentyabr 2024 - Bazar ertəsi

Yevlaxda qəza olub, ölənlər var

Yevlaxda qəza olub, ölənlər var
1394baxış

Noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, nəticədə F. Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.