\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Britaniya kəşfiyyatı: “Rusiya Ukraynada hava üstünlüyünü itirir”

Britaniya kəşfiyyatı: “Rusiya Ukraynada hava üstünlüyünü itirir”
1372baxış

“Rusiya Ukraynada hava üstünlüyünü itirir”.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, bunun bir sıra səbəbləri var:

“Zəif təlim, təcrübəli ekipajların məhv edilməsi Rusiyanın ordusunun hava üstünlüyünü itirməsinə təsir edir”.

Kəşfiyyat məlumatına əsasən hazırkı tendensiyanın qarşıdakı bir neçə ay ərzində dəyişməsi mümkün deyil:

“Rusiyanın yeni təyyarə istehsal etmək imkanları itkiləri kompensasiya edə bilməz. Bacarıqlı pilotların hazırlanması üçün tələb olunan vaxt isə Rusiyanın döyüş hava qabiliyyətini bərpa etmək imkanlarını azaldır”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnıy bildirmişdi ki, Rusiya Ukraynada Sovet-Əfqan müharibəsində olduğundan 2 dəfə çox təyyarə itirib. Statisik rəqəmlərə görə Rusiyanın Şərqi Avropadakı savaşda təxminən 280 təyyarəsi məhv edilib.