\
23 Sentyabr 2024 - Bazar ertəsi

Məktəblilər flaşmob keçirib

Məktəblilər flaşmob keçirib
1141baxış

 “Zəfər günü”nə həsr olunan fləşmob Sabunçu rayon F. Bayramov adına 22 saylı tam orta məktəbdə təşkil olunub. 1-ci sinif şagirdləri 44 günlük Qarabağ savaşında şəhid olan qəhrəman igidlərimizin şəkillərini başları üzərinə qaldıraraq, sıra ilə məktəbin həyətinə toplaşıblar.

 Bugun.tv-yə bu barədə təşkilatçı 1B sinifinin müəllimi Günay Mustafayeva məlumat verib. Onun sözlərinə görə, məktəbin 5-ci sinif şagirdi Emin Abdullayevin “Xudayar” tənifi ilə müşayət olunan flaşmob 14 günə hazırlanıb. Burada 8 ibtidai sinifdən 200-ə yaxın şagird iştirak edib. 2 dəqiqəlik flaşmobun sonu Azərbaycan xəritəsinin görüntüsü ilə tamamlanıb.

 Qeyd edək ki, sözügedən flaşmob Abdullayeva Aliyə 1ç, İbrahimli Zərif 1a, Almuradova Aynur 1r, Abbasova Mirvari 1t, Məmmədova Aygün 1e, Mustafayeva Günay 1b, Nurəliyeva Samirə 1c, Hüseynova Samirə 1d sinif rəhbərlərinin əməyi ilə hazırlanıb.