\
23 Sentyabr 2024 - Bazar ertəsi

Milli Olimpiya Stadionunun yaxınlığında süpürgəçini avtomobil vuraraq öldürüb

Milli Olimpiya Stadionunun yaxınlığında süpürgəçini avtomobil vuraraq öldürüb
1387baxış

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Milli Olimpiya Stadionunun yaxınlığında baş verib.

Qəzada dünyasını dəyişən şəxsin süpürgəçi qadın olduğu bildirilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, "Chevrolet" markalı avtomobil ad-soyadı hələlik bilinməyən bir qadını vurub. Piyada "Hyundai" markalı digər avtomobilin qarşısına düşüb. Nəticədə o, yerindəcə keçinib.

Araşdırma aparılır.