Bakıda iki azyaşlı qardaş “siçan dərmanı” yeyərək ölüb
1388
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində bədbəxt hadisə baş verib.
Mediapress.az-ın xəbərinə görə, qəsəbədə yaşayan iki azyaşlı qardaşın “siçan dərmanı” yeyərək öldükləri bildirilir
Uşaqlardan birinin 5, digərinin isə 3 yaşı olub.
Baş Prokurorluğunun mətbuat xidmətindən Mediapress.az-a faktı təsdiqləyiblıər.
Bildirilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, məlumatı ilk olaraq manset.az saytı yayıb.