\
29 Mart 2024 - Cümə

Park Cinema-da "Qara Pantera" həyəcanı - FOTOlar

Park Cinema-da "Qara Pantera" həyəcanı - FOTOlar
2092baxış

Park Cinema-da "Qara Pantera" həyəcanı

7 noyabr tarixində Park Cinema Flame Towers kinoteatrında "Qara Pantera: Vakanda əbədi" filminin qapalı nümayişi keçirildi.

Nümayişdə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Ənənəyə sadiq qalaraq Park Cinema tərəfindən "Marvel" sevərlər üçün xüsusi şou hazırlanıb. Daha sonra isə tamaşaçılar filmi IMAX formatında izləyiblər..

Tamaşaçılar filmə Park Cinema-nın şəbəkəsinin Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall-da izləyə bilərlər.

Qeyd edək ki, hazırda Park Cinema kinoteatrlar şəbəkəsində 50% endirim kampaniyası davam edir və "Qara Pantera:Vakanda əbədi" filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. Biletləri parkcinema.az saytından əldə edə bilərsiniz.

Məqaləyə dair fotomateriallar: