\
29 Mart 2024 - Cümə

Türkiyədəki partlayışda 6 nəfər ölüb,53 nəfər yaralanıb -VİDEO-YENİLƏNİB - YENİLƏNİB -2

Türkiyədəki partlayışda 6 nəfər ölüb,53 nəfər yaralanıb -VİDEO-YENİLƏNİB - YENİLƏNİB -2
1326baxış

İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı açıqlama verib.

Mediapress.az Türkiyə mediasına istinadən bildirir ki, Yerlikaya açıqlamasında bunları deyib:

"Bu gün saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Ölən və yaralananlar var. Hadisələr ictimaiyyətlə paylaşılacaq".

Partlayışın səbəbi hələlik məlum deyil.

***

17:44

İstanbulun məşhur İstiqlal küçəsində partlayış baş verib.

Mediapress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.

Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Partlayışın səbəbi hələlik məlum deyil.