Gəncədə qazılan yol qəzaya səbəb olub
1288
Gəncə şəhərində qazılan avtomobil yolu qəzaya səbəb olub.
Mediapress.az xəbər verir ki, hadisə şəhərin S. Əliyev küçəsində qeydə alınıb. Yolda qazılan çuxura düşməmək üçün manevr edən yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını "Ford" markalı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb.
Qeyd edək ki, S.Əliyev küçəsində bir müddətdir dərin çuxur qazılıb, üzəri bağlanmayıb.