\
20 Aprel 2024 - Şənbə

Azərbaycanda yumurta BAHALAŞDI

Azərbaycanda yumurta BAHALAŞDI
1252baxış

Azərbaycanda kənd yumurtasının qiyməti artıb.

Mediapress.az-ın məlumatına görə, bəzi marketlərdə yumurtanın qiyməti 40 qəpik olub.

 

Saytın əməkdaşının baş çəkdiyi mağazalarda ağ yumurtanın qiymətinin 13-16 qəpik, kənd yumurtasının isə 33-40 qəpik arası olduğunu müşahidə edib.

Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir. 

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Mediapress.az-a açıqlamasında bildirib ki, kənd yumurtasının qiymətinin artması tələbata görədir:

“Hazırda toyuqların kürt yatma dövrüdür. Bu səbəbdən kənd yumurtasının sayı azaldığına görə market və bazarlarda qiyməti artıb”.