\
26 Aprel 2024 - Cümə

Xırdalanda yaşayış binasında partlayışla müşahidə olunan yanğın baş verib - YENİLƏNİB

Xırdalanda yaşayış binasında partlayışla müşahidə olunan yanğın baş verib - YENİLƏNİB
1225baxış

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən Mediapress.az-a bildirilib ki, AAAF parkda yanğın olması barədə "112" qaynar xəttinə məlumat daxil olub.

Nazirliyin Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Saat 21:29

Xırdalanda yaşayış binasında partlayış olub.

Mediapress.az xəbər verir ki, hadisə AAAF Park Yaşayış kompleksində olub.

İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.