\
28 Mart 2024 - Cümə axşamı

Bakıda yük qatarı ilə avtomobil toqquşub - YENİLƏNİB + FOTO

Bakıda yük qatarı ilə avtomobil toqquşub - YENİLƏNİB + FOTO
1267baxış

Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Kənd Əhmədli ərazisində baş verən hadisə zamanı yol hərəkətinin təhlükəsizliyi qaydalarının pozulduğu aşkar edilib.

Bu barədə Mediapress.az-a DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

 

O bildirib ki, məsələ ilə bağlı aidiyyəti üzrə əraziyə polis əməkdaşları cəlb edilib:

“1949-cu il təvəllüdlü Y.Fərəcov saat 08:10 radələrində dəmir yolu xəttinin keçdiyi ərazidən “Hyundai” markalı 90-UA-288 dövlət nömrə nişanlı avtomobili ilə keçərkən yük qatarı ilə toqquşub. Toqquşma güclü olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Yekun nəticə əsasında hadisəyə hüquqi qiymət veriləcək. Xatırladaq ki, nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Ölən yoxdur”.

10:36

Bakıda səhər saatlarında yük qatarı ilə avtomobil toqquşub.

Mediapress.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Kənd Əhmədli ərazisində qeydə alınıb. 

Qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb. İlkin məlumata görə, qəzaya səbəb “Hyundai” markalı avtomobilin hərəkətdə olan yük qatarının yoluna çıxması olub.

Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı ölən və yaralanan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.