\
26 Aprel 2024 - Cümə

Bakıda 7 yaşlı uşaq bıçaqlanıb

Bakıda 7 yaşlı uşaq bıçaqlanıb
1241baxış

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mediapress.az xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.2015-ci il təvəllüdlü Miraşnçyonko Artyom Arturoviç 14 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.