Ana olmaq istəyən qadınlara sosial şəbəkədə çirkin TƏKLİF - VİDEO
Azərbaycanda ana olmaq istəyən qadınlara sosial şəbəkədə çirkin təkliflər edilib.
Belə ki, sosial şəbəkədə kişi tərəfindən verilən elanda təbii donor xidməti təklif olunub.
“Övlad həsrətində olan analar üçün övlad sahibi olmaq imkanı. Həyat yoldaşında problem olan və müalicə olmayan, ya da baha başa gələn xanımlara təbii donor xidməti təklif olunur. Süni mayalanmadan qat-qat ucuz, cəmi iki seansa hamilə qalmaq imkanınız var. Zəmanət verilir, məxfilik, gizlilik qorunur. Əlaqə üçün şəxsiyə yazın”, - deyə elanda qeyd olunub.
Sosial şəbəkələrdə bu tip elanların verilməsi nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ artıq nəzarətə götürülüb və iş üzrə araşdırmalar başlanılıb.
Daha ətraflı Baku TV-nin süjetində: