\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Azərbaycanda kişinin arvadını boğaraq öldürməsinin səbəbi BİLİNDİ - YENİLƏNİB

Azərbaycanda kişinin arvadını boğaraq öldürməsinin səbəbi BİLİNDİ - YENİLƏNİB
1281baxış

Yevlax rayonunda 22 yaşlı həyat yoldaşını boğaraq qətlə yetirən şəxsə cinayət işi açılıb.

Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib. 

 

Bildirilib ki, noyabrın 19-u saat 6 radələrində 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1993-cü il təvəllüdlü Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Mediapress.az-ın əldə etdiyi məlumata görə, onlar Kəlbəcər rayonunun Qılınclı kənd sakinləridir. A.Salmanov arvadı N.Salmanovanı xəyanət səbəbindən öldürüb.

08:30

Noyabrın 18-də səhər saatlarında Yevlax rayonunda 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla 1993-ci il təvəllüdlü Anar Salmanovun həyat yoldaşını qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı N.Salmanovanı iplə boğaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Salmanov saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirilir.