\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Şabranda “Anama deyin…” layihəsinin açılış mərasimi keçirilib

Şabranda “Anama deyin…” layihəsinin açılış mərasimi keçirilib
1438baxış

Brend Media xəbər verir ki, 07.10.2022- ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi – Şabran rayon Çölquşçu kənd tam orta məktəbin direktoru Məmməd Məmmədovun “Anama deyin…” layihəsinin açılış mərasimi keçirilib.

Layihənin əsas məqsədi -potensial psixososial durumu yaxşı olmayan şagirdlərin valideynləri üçün onların məktəb həyatına inteqrasiyasının genişləndiriliməsi, düzgün tərbiyə və təhsillə bağlı metod və üsulları izah etməklə onların təhsil üçbucağında daha yaxından iştirakını təmin etməkdən ibarətdir.

 

Layihə çərçivəsində Şabran rayon Çölquşçu kənd tam orta məktəbi və Şabran şəhər 3 nömrəli ümumi orta məktəblərində valideyn heyəti üçün maarifləndirici seminarlar təşkil olunub.

Seminarlar aşağıdakı mövzuları əhatə edib.

 

1. Psixo sosial durumu risk qrupuna daxil olan şagirdləri aşkar etmə, açar müdaxilələrin müəyyənləşdirilməsi 

 

-Alternativ düşüncə strategiyalarının dəstəklənməsi  

 

-Olveusun bullinqin qarşısının alınması üsulları 

 

– Aqressiya və davranış pozuntuları zamanı müdaxilələr 

 

2. Psixo sosial durumu risk qrupuna daxil olan təhsil alanlar arasında zərərin azaldılması, asılılığın əlamətləri və həmin əlamətləri tanıma, asılılığa təkan verən psixososial amillər və onların aradan qaldırılması 

 

3. Psixo sosial durumu risk qrupuna daxil olan təhsil alanlar arasında zorakılığa məruz qalanlar, travmadan sonra şəxsiyyət dəyişikliyi, zorakılığın fəsadları və profilaktikası

 

4. Təhsildə psixososial durumun yaxşılaşdırılması, psixi sağlamlığın təşkili üçün bacarıq və qabiliyyətlərin inkişafı 

 

5. Rol konfliktləri (valideyn müəllim şagird konfliktləri), onun psixososial duruma təsiri, valideyn müəllim və təhsil alanlar arasında olan konfliktlərin həlli üsulları

 

6. Rol keçidi-uşaqlıqdan yeniyetməliyə keçid, uşaq yaşdan yeniyetməlik və ilkin gənclik dövrünə rol keçidi zamanı baş verən çətinliklərin düzgün metodlar vasitəsilə aradan qaldırılması

 

7. Şəxsiyyətlərarası münsibətlərin defisiti, sosial uzaqlaşmanın aradan qaldırılması

 

8. Şəxsiyyət tipləri və ünsiyyət modellərinin müəyyənləşdirilməsi, ünsiyyət texnikaları və onların praktiki tətbiqi ilə defisitin aradan qaldırılması

 

9. Təhsil müəssisələrində valideyn müəllim və təhsil alanlar arasında komanda işinin qurulması və inkişaf etdirilməsi

 

 Layihə çərçivəsində valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsi mövzusunda maarifləndirici vəsaitlərin və bukletlərin hazırlanıb, valideyn assosasiyasının yaradılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi – Şabran rayon Çölquşçu kənd tam orta məktəbin direktoru Məmməd Məmmədovun layihə haqqında aşağıdakı fikirləri qeyd edib:

Məktəblərdə apardığımız müşahidələr nəticəsində ən böyük təhlükələrdən biri də şagirdlər arasında psixososial durumun yaxşı olmamasıdır. Şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurlar, şagirdlərin intizamsızlıqları, şagirdlərin sinif yoldaşları ilə qarşılıqlı münasibətlərinin pozulması, sinifdə şəxsiyyətlərarası münasibətlərin pozulması, şagird-müəllim, sinif-müəllim münasibətlərindəki çətinliklər, şagirdlərin yeniyetməlik dövrü çətinlikləri məktəblərimizdə ən çox müşahidə edilən və psixososial duruma təsir göstərən amillərdir.

Valideyn mövqeləri, valideynin uşağını tərbiyələndirərkən istifadə etdiyi mövqe,davranış və vasitələrin toplusudur əslində.Qəbul etdiyimiz mövqe və davranışlar uşağımızın psixoloji inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Valideyn övladını olduğu kimi qəbul etməlidir.Onları olduqları kimi sevib dəyər verməli,inkişafı üçün əlindən gələni edərək ona dəstək olmalıdır. Valideyn övladına olan sevgini göstərməkdən çəkinməməlidir.Onu təmənnasız sevdiyini ,nəyi isə etməyi bacarmadığında da hər zaman sevdiyini ona hiss etdirməlidir. Dəyərli olduğunu hiss etdirməli ,ona dəyər verməlidir.Valideyn övladı ilə bağlı qərar verərkən onların da öz fikirlərini bildirməsinə icazə verməlidir.

Ümid edirik ki, “Anama deyin…” layihəsi valideynlərin məktəb həyatına inteqrasiyası səviyəsinin artmasına, valideyn-məktəb və valideyn-şagird münasibətlərinin müsbət istiqamətdə dəyişməsinə öz tövhəsini verəcəkdir.

Atayeva Günay

Brend Media