ARB-də aparıcının bu çıxışı müzakirələrə səbəb oldu - Video
1305
ARB TV-də yayımlanan "Günə doğru" proqramının aparıcısı Sevda Rəsulqızının canlı yayımdakı çıxışı müzakirələrə səbəb olub.
Mediapress.az xəbər verir ki, verilişdə Maştağa qəsəbəsində yerləşən küçələrdən birinin pis vəziyyətdə olduğu nümayiş edilib. Jurnalist bununla bağlı sakinlərin şikayətini dinləyib və bələdiyyəyə yollanıb. Orada isə heç kim olmayıb, qapı bağlı saxlanılıb. Qapını açan şəxs isə aidiyyatı şəxslərin nahara getdiyini, müsahibə verilməyəcəyini bildirib.
Bu görüntülərdən sonra aparıcı əsəbi formada çıxış edərək, bələdiyyənin ünvanına tənqidlər səsləndirib.