\
20 Aprel 2024 - Şənbə

Türkiyədə güclü zəlzələ: Yaralıların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Türkiyədə güclü zəlzələ: Yaralıların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO
1223baxış

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Mənbə: Anadolu

08:35

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.

 

07:00

Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.