\
20 Aprel 2024 - Şənbə

Sumqayıtda 38 yaşlı kişi intihar edib

Sumqayıtda 38 yaşlı kişi intihar edib
1237baxış

Sumqayıtda intihar hadisəsi qeydə alınıb.

Mediapress.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü İsabalayev Samir Həzrət oğlu özünü yaşadığı evdən asıb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Mediapress.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.