\
25 Aprel 2024 - Cümə axşamı

Ağdaş sakini su arxında boğulub

Ağdaş sakini su arxında boğulub
1217baxış

Ağdaş rayon sakini su arxında boğularaq ölüb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mediapress.az-a verilən məlumata görə, bugün saat 16 radələrində Ağdaş rayon sakini 2019-cu il təvəllüdlü M. Ağayevin yaşadığı evin yaxınlığındakı su arxına düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis, prokurorluq və FHN əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.