\
6 Dekabr 2022 - Çərşənbə axşamı

Sumqayıtda minik maşını yük avtomobilnə çırpılıb, ölən var - FOTO - YENİLƏNİB

Sumqayıtda minik maşını yük avtomobilnə çırpılıb, ölən var - FOTO - YENİLƏNİB
589baxış

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində (Bakı-Quba avtomobil yolunun 29-cu kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Sumqayıt Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

17.12

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Sumqayıt avtomobil yolunun Sumqayıtdan keçən hissəsində qeydə alınıb. "Opel" markalı avtomobil idarəetmənin itməsi səbəbindən yük maşınının altına girib. Qəza nəticəsində minik vasitəsinin sürücüsü hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 
  •