\
26 Noyabr 2024 - Çərşənbə axşamı

İki yaşlı uşaq yuyucu vasitə içib zəhərləndi

İki yaşlı uşaq yuyucu vasitə içib zəhərləndi
1266baxış

Qax rayonunda iki yaşlı körpə zəhərlənib.

Mediappress.az-ın məlumatına görə, hadisə rayonun Qaşqaçay kəndində baş verib. 

2020-ci il təvəllüdlü Ş.Babayev yuyucu vasitə olan “Vanish” içib və zəhərlənib. Körpə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Mediapress.az-a bildirib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində toplanmış ilkin materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.