MN: “Ordumuzun Ağdam və Xocavənd istiqamətlərindəki mövqeləri atəşə tutulub”
1269
Mediapress.az xəbər verir ki,bu gün saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.