\
25 Aprel 2024 - Cümə axşamı

DİN xəbərdarlıq etdi

DİN xəbərdarlıq etdi
1233baxış

Mediapress.az Bugun.tv-yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) sürücülərə xəbərdarlıq edib.

Sabah əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tələb olunur.

Piyadalardan da məsuliyyətli olmaları, sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalıdırlar.