Azərbaycanda daha 39 nəfər COVID-19-a yoluxub
1271
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 39 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Mediapress.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 824 232 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 976 nəfər müalicə olunaraq sağalıb, 9 976 nəfər vəfat edib, aktiv xəstə sayı 280 nəfərdir.
Ölkədə son sutka ərzində 1 337, hazırkı dövrədək isə 7 370 771 test aparılıb.