\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Azərbaycanda daha 43 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda daha 43 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
1339baxış

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 43 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mediapress.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 053 nəfər müalicə olunaraq sağalıb, 9 978 nəfər vəfat edib, aktiv xəstə sayı 257 nəfərdir.

Ölkədə son sutka ərzində 2 235, hazırkı dövrədək isə 7 373 658 test aparılıb.