Türkcə Yetərlik İmtahanına (TYS) start verilib
Mediapress.az Bugun.tv-yə istinadən xəbər verir ki, bu barədə Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin direktoru Səlçuk Karakılıç məlumat verib. “Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı gənclər üçün Türkcə Yetərlik İmtahanına (TYS) müraciətlər başlayıb. Sənəd qəbulu 21 dekabr tarixinə qədər davam edir. İmtahanlar 2023-cü il 14 yanvar tarixində, Bakıda keçiriləcək”.
TYS ALTE (The Association of Language Testers in Europe) təsdiqini (Q-mark) alaraq türk dilinin ilk və yeganə beynəlxalq səviyyəli imtahanıdır.
Türk dilinin beynəlxalq səviyyədə tanınan standart testi olan TYS üç sessiyada keçirilir. 1-ci və 2-ci sessiya (oxuma, dinləmə, yazma), 3-cü sessiya isə (danışma) hər bir namizəd üçün ayrıca tətbiq edilir.
İmtahan 210 dəqiqə – 1-ci sessiya 135, 2-ci 60, 3-cü sessiya 15 dəqiqə davam edir. Müvəffəqiyyət qazanan namizədlərə topladıqları ballara uyğun olaraq B2 və Cl səviyyəsində Türkcə Yetərlik Sertifikatı verilir. TYS sertifikatı olan namizədlər Türkiyənin istənilən universitetində təhsil almaq hüququ qazandıqda türkcə hazırlıq mərhələsindən azad edilirlər.
Türk Yetərlik Sertifikatı iş müraciətlərində insanlara böyük üstünlük verir.
TYS haqqında ətraflı məlumatı baku.yee.org.tr və tys.yee.org.tr ünvanlarında tapa bilərsiniz.
Ətraflı məlumat əldə etmək üçün: http://tys.yee.org.tr səhifəsinə daxil ola bilərsiz.
Əlaqə nömrəsi: 012 440 31 05 ([email protected])