\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Baş Dövlət Yol Polisi İdarəsindən açıqlama

Baş Dövlət Yol Polisi İdarəsindən  açıqlama
1317baxış
Baş Dövlət Yol Polisi İdarəsi dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün yollarda nəzarət tədbirlərini gücləndirib. 
 
Qeyd olunan  istiqamətlərdə hərəkət edən avtomobillərin sürücüləri saxlanılaraq hava şəraiti barədə onlara müvafiq  məlumatlar verilmiş,  yollarda ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə ciddi riayət etmələri, sürət həddini hava şəraitinə uyğun seçmələri  tövsiyyə edilmiş, nəqliyyat vasitələrinin texniki vəziyyəti  yoxlanılmışdır.  
 
 Sürücülərin gedəcəkləri istiqamətlər üzrə  yolun vəziyyəti operativ öyrənilərək onlara bu barədə və daha təhlükəsiz hesab olunan alternativ yolardan istifadə barədə  məlumatlar verilmişdir. 
 
Qeyri sabit hava şəraitinin davam edəcəyi müddət ərzində bu tədbirlər mütamədi olaraq davam etdiriləcəkdir. 
 
Qeyd  edək ki, bu barədə  DİN-in   mətbuat  xidməti məlumat  yayıb.