\
25 Aprel 2024 - Cümə axşamı

Azərbaycanda son sutkada 47 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 47 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
1256baxış

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mediapress.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 499 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 247 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 269 nəfərdir.

Ölkədə son sutka ərzində 1 849, hazırkı dövrədək isə 7 382 375 test aparılıb.