\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Azərbaycan Retinoloqlarının VII konfransı keçirilib - FOTOLAR

Azərbaycan Retinoloqlarının VII konfransı keçirilib - FOTOLAR
1303baxış

Mediapress.az xəbər verir ki, 3 dekabr 2022-ci il tarixində Lənkəran şəhərində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Azərbaycan Retinoloqlarının VII konfransı keçirilib.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətindən Mediapress.az-a verilən xəbərə görə, konfransda Bakıdan və bir çox regionlardan mütəxəssis və alimlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, aktual məsələri müzakirə edərək Azərbaycan oftalmologiyasının, həmçinin region həkimlərinin inkişafına dəstək olmaqdan ibarət olub.

Konfrans təşkilat komitəsinin sədri t.ü.f.d. Müşfiq Kərimovdur. Heyət üzvləri t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Aişə Şahmalıyeva, t.ü.f.d. Xalid Əliyev, dr. Ceyhun Nəzərli, t.ü.f.d. Yazgül Abdiyeva olub.

Tədbirdə “Fundus avtoflüoresansın mərkəzi seroz xoriopatiyanın diaqnostikasında əhəmiyyəti”, “Vitreoretinal cərrahiyyədə vizualizasiya sistemləri”, “Yaşa bağlı makula degenerasiyanın quru formasının progressivləşməsinin OKT əlamətləri”, “Brolicizumab preparatının göstərişləri”, “Yaşa bağlı makula degenerasiyanın quru formasının müasir müalicəsi”, “Cərrahi vizualizasiya sistemləri” və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Həmçinin mütəxəssislər tərəfindən öz təcrübələrində keçirilmiş maraqlı kliniki hallar, cəmiyyətin onlara qazandırdığı biliklər barədə danışılıb.

Sonda sual və təkliflər səsləndirilib.