\
26 Aprel 2024 - Cümə

Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıtda yataqxanada yanğın olub
1241baxış

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan mənzildə 1 ədəd çarpayı, 1 ədəd televizor və 1 ədəd elektrik qızdırıcısı yanıb.

Mediapress.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.