\
8 May 2024 - Çərşənbə

Psixiatr Nadir Əliyev vəfat edib

Psixiatr Nadir Əliyev vəfat edib
1252baxış

Mediapress.az xəbər verir ki, bu barədə APA-ya onun həmkarı  psixiatr Aytən Namazova məlumat verib.

O bildirib ki, müəllimi Nadir Əliyev bu gün onkoloji xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, professor Nadir Əliyev 1946-cı ildə Naxçıvanda anadan olub. O, müxtəlif illərdə Bakı şəhəri 3 saylı ruhi xәstәxananın, 2 saylı vәrәm sanatoriyasının, Bakı şəhəri psixonevroloji dispanserin, Bakı şəhəri 2 saylı ruhi-әsәb xәstәxanasının, Bakı şəhəri ruhi-әsәb xәstәliklәri dispanserinin baş hәkimi vәzifәsində çalışıb. Nadir Əliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya kafedrasında fәaliyyәt göstәrirdi. Tәdqiqatları, әsasәn, müxtәlif psixi pozuntuların farmakoterapiyası üzrәdir. 150-dәn çox elmi әsәrin müәllifidir.