\
26 Noyabr 2024 - Çərşənbə axşamı

BNA: Avtobusların gecikməsi müvafiq tədbirlərin görülməsini aktuallaşdırır

BNA: Avtobusların gecikməsi müvafiq tədbirlərin görülməsini aktuallaşdırır
1284baxış

Son aylarda yollarda müşahidə olunan tıxac, sıxlıq və avtobusların gecikməsi müvafiq tədbirlərin həyata keçirilməsini daha da aktuallaşdırır.

Mediapress.az xəbər verir ki, bu barədə xüsusi avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, müşahidə olunan problemlər pik və qeyri-pik saatları, iş və qeyri-iş günlərində yol hərəkətində fərq anlamının silinməsinə gətirib çıxarıb.

Mayis Ağayev onu da əlavə edib ki, bütün bunlar xüsusi avtobus zolaqları şəbəkəsinin yaradılması məsələsini daha da aktuallaşdırıb: "Son illərdə keçirilən müşahidələr onu göstərir ki, ictimai nəqliyyatdan istifadə edənlərin sayı artıb (2016-2019 illər ərzində 27% artım). Son illər istifadədə olan sərnişin avtobusları parkının da təqribən 70%-i yenilənib".