\
27 Aprel 2024 - Şənbə

Bakıda avtobus qəzası baş verib

Bakıda avtobus qəzası baş verib
1227baxış

Bakının Maştağa qəsəbəsində Zabrat hava limanı yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Mediapress.az APA-ya istinadən xəbər verir ki, qəzada “Ayşən LTD” MMC-nin istismarında olan 172 nömrəli marşrutda işləyən 90-JF-715 avtobus da iştirak edib.

Daşıyıcının verdiyi məlumata görə qəza minik avtomobilinin qəflətən geri dönmə manevri etməsi nəticəsində baş verib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb.