\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Magistral kəmərdə qəza: Bakının bir hissəsi susuz qaldı

Magistral kəmərdə qəza: Bakının bir hissəsi susuz qaldı
1258baxış

Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Mediapress.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, əraziyə qəza briqadaları və xüsusi texnika cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.