\
22 Sentyabr 2024 - Bazar günü

Prezident Oruc Zalovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Prezident Oruc Zalovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib
1278baxış

Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Mediapress.az AZƏRTAC-a  istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycanın daxili işlər orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.