\
22 Sentyabr 2024 - Bazar günü

Aparıcı Namidə İsayevaya vəzifə verildi

Aparıcı Namidə İsayevaya vəzifə verildi
1515baxış

Aparıcı Namidə İsayeva “Nizami Tibb Mərkəzi”nin İctimaiyyətlə əlaqələr və mətbuat rəhbəri təyin edilib. 

Mediapress.az xəbər verir ki, əmək fəaliyyətinə “Azərbaycan dili və ədəbiyyatı” müəlliməsi kimi başlayan Namidə İsayeva daha sonra sağlamlıq turizmi sahəsində işini davam etdirib.

2019-cu ildən Lider TV-də “Həkimim” verilişində, daha sonra Xəzər FM-də yayımlanan “Radio Doktor” verilişi və hazırda ARB telekanalında yayımlanan “Yeni mən” verilişində layihə rəhbəri və aparıcı olaraq fəaliyyətini davam etdirib.
Məlumat üçün qeyd edək ki, “Nizami Tibb Mərkəzi” PHŞ 2021-ci ildən yaradılıb.

“Azərsutikinti xəstəxanası”, “11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası”, “ 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası” və “7 nömrəli Doğum Evi” Nizami Tibb Mərkəzinin struktutuna daxildir.