\
22 Sentyabr 2024 - Bazar günü

“Qobu Park”da binada yanğın başlayıb - VİDEO

“Qobu Park”da binada yanğın başlayıb - VİDEO
1330baxış

“Qobu Park” yaşayış kompleksində binada yanğın başlayıb. 

 

Mediapress.az Oxu.Az-a istinadən xəbər verir ki, yanğın yaşayış kompleksinin 12-ci binasının ikinci blokunda qeydə alınıb. Alov binanın 3-cü mərtəbəsində başlayıb. Hazırda əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunublar. Alovun söndürülməsi istiqamətində iş aparılır. 

Yanğın zamanı bir nəfər sakinin zəhərləndiyi bildirilir.

İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan yaranıb.