\
22 Sentyabr 2024 - Bazar günü

Bakıda ruhi əsəb xəstəliyindən əziyyət çəkən şəxsi avtomobil vurub

Bakıda ruhi əsəb xəstəliyindən əziyyət çəkən şəxsi avtomobil vurub
1316baxış

Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər komaya düşüb.

Mediapress.az xəbər verir ki, hadisə Mərdəkan-Zirə şossesində qeydə alınıb.

Belə ki, 40 yaşlı Taleh Ağayev yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb.

Həkimlər onun komatoz vəziyyətində olduğunu bildirir.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır.