Magistral kəmərdə qəza olub, Bakının iki rayonuna su verilişində fasilə yaranıb
1354
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.
Mediapress.az-ın xəbərinə görə, bunu "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.