\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Şəmkirdə 29 yaşlı qadın sirkə turşusundan zəhərlənib, vəziyyəti ağırdır

Şəmkirdə 29 yaşlı qadın sirkə turşusundan zəhərlənib, vəziyyəti ağırdır
1354baxış

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Keçili kəndində baş verib.

1991-ci il təvəllüdlü N.Qurbanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadına tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qadın ailədə mübahisə etdikdən sonra sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.