Tərtərdə narkomaniya əleyhinə maarifləndirmə tədbirləri davam etdirilir-FOTOLAR
1359
Mediapress.az Bugun.tv-yə istinadən xəbər verir ki, Tərtər rayon Sabir Zeynalov adına Kəngərli kənd tam orta məktəbində “Övladlarımızı narkotiklərdən qoruyaq” devizi altında marifləndirici tədbir keçirilib.
Tədbirdə Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edənlər müasir dövrümüzün bəlası olan narkotik vasitələr və onların fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və gənc nəslin nümayəndələrinə pis vərdişlərdən kənar durmağın vacibliyini çatdırıblar.
Sonda proyektor vasitəsilə tədbir iştirakçılarına maarifləndirici sənədli film nümayiş etdirilib.