\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Mingəçevirdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.

Mingəçevirdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.
1375baxış

Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası şəhər təşkilatının birgə təşkilatçılığı ilə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev – tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, əbədiyaşar lider” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransda əvvəlcə Ulu Öndərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Sonra isə həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Daha sonra çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, Azərbaycan tarixinin böyük bir dövrü Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. O, Ulu Ğndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında danışaraq vurğulayıb ki, Mingəçevirin sosial-iqtisadi inkişafında da Heydər Əliyevin çox böyük xidmətləri olub. Mingəçevir məhz onun dövründə böyük sənaye və energetika şəhərinə çevrilmişdir.

Konfransda YAP Mingəçevir şəhər təşkilatının  sədr müavini  Bəxtiyar Mustafayev  “Ümummilli lider Heydər Əliyev dövlətçilik tariximizdə xüsusi xidmətləri olan tarixi şəxsiyyətdir.

Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərova “Heydər Əliyev şəxsi keyfiyyətlərə malik olan dövlət xadimidir”,

Uşaq Gənclər və İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva “Heydər Əliyev əməlləri ilə qəlbimizdə yaşayan əbədiyaşar liderdir”, Mingəçevir İH-nin hüquq şöbəsinin baş məsləhətçisi Cavid Məmmədov “Müasir Azərbaycanın uğurları Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunun davamıdır” mövzularında çıxış
ediblər.