\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Göygöldə qəzada xəsarət alan tibbi bacısı xəstəxanada ölüb - FOTO

Göygöldə qəzada xəsarət alan tibbi bacısı xəstəxanada ölüb - FOTO
1341baxış

Göygöldə 12 gün əvvəl yol qəzasında xəsarət alan qadın xəstəxanada dünyasını dəyişib.

Mediapress.az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Ayşə Hacıyeva müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, 25 yaşlı qız həmin xəstəxanada tibb bacısı işləyib.

Hadisə dekabrın 1-də rayonun Aşıqlı kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 1 nəfər hadisə yerində ölüb, 4 nəfər isə xəsarət almışdı.

Faktla bağlı cinayət işi açılıb.