\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Kəlbəcərdə minaya düşərək şəhid olan hərbçi sabah Tovuzda dəfn olunacaq - YENİLƏNİB + VİDEO

Kəlbəcərdə minaya düşərək şəhid olan hərbçi sabah Tovuzda dəfn olunacaq - YENİLƏNİB + VİDEO
1333baxış

Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan hərbçinin nəşi Tovuz rayonundandır.

“Report”un məlumatına görə, 1984-cü il təvəllüdlü şəhid gizir Hümbətov Zöhrab Məmməd oğlu Tovuz rayon sakinidir.

Onun ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır.

O, 10 ildən çox idi hərbçi idi. Şəhidin 3 övladı var.

Onun sabah dəfn olunacağı bildirilir.

20:09

Kəlbəcərdə səkkiz nəfər minaya düşüb.

Bu barədə Baş Prokurorluq, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyyə ilə bağlı hadisə yerinə yollanan dörd nəfər hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə ölüb.

Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

20:01

Kəlbəcərdə mina partlayışı nəticəsində şəhid olan hərbçimizin kimliyi məlum olub.

Oxu.Az-ın məlumatına görə, minaya düşərək şəhadətə ucalan hərbçimiz baş gizir Hümbətov Zöhrab Məmməd oğludur.

20:00

Kəlbəcərdə mina partlayışı zamanı 4 mülki şəxsdən əlavə 2 nəfər hərbçi də minaya düşüb.

Oxu.Az-ın məlumatına görə, minaya düşən hərbçilərdən biri şəhid olub.

Samir İsayev

19:30

Kəlbəcərdə mina partlaması nəticəsində bir nəfər ölüb.

APA xəbər verir ki, baş verən partlayışda üç nəfər isə xəsarət alıb.

19:05

Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

“Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər”, - DİN-in məlumatında bildirilib.