\
28 Mart 2024 - Cümə axşamı

Bakı-Quba yolunda dəhşətli qəza: Altı nəfər öldü - YENİLƏNİB + FOTO

Bakı-Quba yolunda dəhşətli qəza: Altı nəfər öldü - YENİLƏNİB + FOTO
1272baxış

Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan sürücü Atayev Elçin Arif oğlu xəstəxanaya yerləşdirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Mediapress.az-a bildirilib ki, Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib:

 

“1992-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili Tibbi Yardım Bölməsində davam etdirilir. Vəziyyəti orta ağırdır”.

10:40

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” markalı avtomobillə TIR toqquşub. Hadisə zamanı “Mercedes Vito”da altı nəfər ölüb, TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, xilasetmə tədbirləri görülür.