\
26 Noyabr 2024 - Çərşənbə axşamı

DMX: Azad olunmuş ərazilərdə əcnəbi sahibkarlara iş kvotası tətbiq olunmayacaq

DMX: Azad olunmuş ərazilərdə əcnəbi sahibkarlara iş kvotası tətbiq olunmayacaq
1422baxış

Bu il ölkədə əcnəbilərə iş icazəsi üçün ayrılan kvota sayı açıqlanıb.

Mediapress.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, kvota sayı 6740-dır.

“İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən əcnəbi sahibkarlara isə kvota tətbiq olunmayacaq”, - DMX rəisi vurğulayıb.