\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Buraxılış imtahanlarının vaxtı bəlli oldu

Buraxılış imtahanlarının vaxtı bəlli oldu
1470baxış

Buraxılış imtahanlarının vaxtı dəqiqləşdirilib.

Mediapress.az  DİM-in məlumatına əsasən xəbər verir ki, ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının II mərhələsi və tam orta təhsil bazasında (11-ci sinif) buraxılış imtahanları əvvəlcədən elan olunduğu kimi 2018‑ci il 21, 27 iyun və 3 iyul tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.

 

Tarix

Şəhər (rayon)

21.06.2018

Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikası

27.06.2018

Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir,  Yevlax, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran

03.07.2018

Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Xocavənd, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı

10.07.2018

Əvvəlki illərin məzunları və eksternat

 

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər. 

Heydər Əliyev adına Hərbi Lisey və  C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan iyunun 21‑də, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün iyulun 3-də keçiriləcək.