\
25 Aprel 2024 - Cümə axşamı

Salyanda avtomobil velosipedlə gedən yeniyetmələri vurdu, ölən var - YENİLƏNİB + FOTO

Salyanda avtomobil velosipedlə gedən yeniyetmələri vurdu, ölən var - YENİLƏNİB + FOTO
1291baxış

Salyanda avtomobil iki yeniyetməni vurub, onlardan biri ölüb.

APA-nın məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Salyan sakinləri, 2007-ci il təvəllüdlü Abbasov Əfqan Yamin oğlu və 2010-cu il təvəllüdlü Abbasov Murad Samir oğlunu vurub.

Abbasov Əfqan aldığı xəsarətlərdən xəstəxanada ölüb, Abbasov Murad isə Salyan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

16:51

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Mirzəyev Cəbrayıl Elşah oğlu hərəkətdə olan VAZ-2106 nömrəli maşınla  kənd sakinləri - 2007-ci il təvəllüdlü Abbasov Əfqan Ramil oğlu və onun əmisi oğlu, 2010-ci il təvəllüdlü Abbasov Murad Samir oğlu velosipedlə gedərkən onları avtomobil vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmələr Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.